Yuxarı

Azərbaycanda məhkəmə sədri dövlət qurumunu məhkəməyə verib

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərardadı ləğv edilib

Bakı. 9 oktyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Səadət Bektaşinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) Əmlak Məsələləri Dövlət Komitəsinə (ƏMDK) qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un xəbərinə görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərardadı ləğv edilib, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılıb.

Qeyd edək ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində çıxarışın verilməsi barədə iddia təmin edilməmişdi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi