Azərbaycanda külli miqdarda gömrük nəzarətindən gizlədilən və aksiz markasız siqaret aşkar edilib

Azərbaycanda külli miqdarda gömrük nəzarətindən gizlədilən və aksiz markasız siqaret aşkar edilib Hər iki faktla bağlı araşdırma aparılır
Hadisə
17 Fevral , 2017 10:52
Azərbaycanda külli miqdarda gömrük nəzarətindən gizlədilən və aksiz markasız siqaret aşkar edilib

Bakı. 17 fevral. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana idxal sərnişin xətti ilə gələn ölkə vətəndaşının əl çantalarına baxış keçirilib.

Bu barədə “Report”a DGK-dan bildirilib.

Məlumata görə, baxış zamanı həmin çantalarda gömrük nəzarətindən gizlədilən 4 000 ədəd "Parliament" adlı siqaret aşkar olunub.

Bundan başqa, DGK-nın Aksiz Baş Gömrük İdarəsinə aksiz markasız siqaretlərin ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilərək satılması barədə əməliyyat məlumatı daxil olub. Həmin məlumat əsasında, idarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən fevralın 16-da əməliyyat tədbirləri keçirilib.

Əməliyyat tədbirləri nəticəsində, ölkə vətəndaşı Şahin Razim oğlu Əliyevin idarə etdiyi "VAZ-21074" markalı, 90-LP-367 dövlət qeydiyyat nişanlı minik avtomobili Bakı şəhərinin Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsində saxlanılıb. Avtomobilə baxış zamanı külli miqdarda aksiz markasız xarici markalı siqaret aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi