Azərbaycanda balıq tutmaq üçün nohura elektrik buraxan şəxsi cərəyan vurub - FOTO

Azərbaycanda balıq tutmaq üçün nohura elektrik buraxan şəxsi cərəyan vurub - FOTO Vəziyyəti ağır olduğundan Bakı şəhərinə göndərilməsi üçün hazırlıq görülür
Hadisə
4 Noyabr , 2016 13:30
Azərbaycanda balıq tutmaq üçün nohura elektrik buraxan şəxsi cərəyan vurub - FOTO

Astara. 4 noyabr. REPORT.AZ/ Astara rayon sakinini elektrik enerjisi vurub. "Report"un Cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonunun Şiyəkəran kəndi ərazisində baş verib. 

Belə ki, həmin kəndin sakini 49 yaşlı Rahim Baladadaş oğlu İmanov yüksək gərginlikli elektrik xəttinin cərəyan vurması nəticəsində Lənkəran Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb. Xəstəxanadan bildirilib ki, həkimlərin ilkin müayinəsindən sonra ona bütün bədənin 2-3-cü dərəcəli elektrik yanığı diaqnozu qoyularaq reanimasiya şöbəsinə yerləşdirilib: "Vəziyyəti ağır olduğundan Bakı şəhərinə göndərilməsi üçün hazırlıq görülür". 

Qohumları R.İmanovu ehtiyatsızlıq üzündən cərəyan vurduğunu bildirib: "Onların ailəsinə məxsus balıq nohuru var. Həmin nohurda elektrik enerjisi ilə balıq ovlayan zaman ehtiyatsızlıqdan onu elektrik cərəyanı vurub".

Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi