Azərbaycanda avtomobil nömrələrini qanunsuz yolla satmaq istəyən 5 nəfər saxlanılıb

Azərbaycanda avtomobil nömrələrini qanunsuz yolla satmaq istəyən 5 nəfər saxlanılıb "Həmin nömrələr ayrı-ayrı fiziki və hüquqi şəxslərə məxsusdur və onların belə qanunsuz sövdələşmələrdən xəbərləri yoxdur"
Hadisə
16 Yanvar , 2015 13:02
Azərbaycanda avtomobil nömrələrini qanunsuz yolla satmaq istəyən 5 nəfər saxlanılıb

Bakı. 16 yanvar. REPORT.AZ/ Son günlər bəzi kütləvi informasiya vasitələrində nəqliyyat vasitələrinə verilən müxtəlif dövlət qeydiyyat nişanlarının həddən artıq baha qiymətə satılması barədə məlumatlar yayılıb. Daxili İşlər Nazirliyi (DİN) məsələ ilə bağlı araşdırma aparıb.

Bu barədə “Report”a DİN-in mətbuat xidmətindən bildirilib.

Bununla bağlı aparılmış araşdırmalarla müəyyən edilib ki, həmin nömrələr ayrı-ayrı fiziki və hüquqi şəxslərə məxsusdur və onların belə qanunsuz sövdələşmələrdən, ümumiyyətlə, xəbərləri yoxdur.

Araşdırmalarla o da məlum olub ki, qeyd olunan nömrələrin satılması barədə elan vermiş şəxslər əslində, dələduzluq yolu ilə külli miqdarda qazanc əldə etmək niyyətində olublar. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində tanımadıqları şəxslərin avtomobillərinə təhkim olunmuş dövlət qeydiyyat nişanlarını qanunsuz yolla satmağa cəhd etdiklərinə görə 5 nəfər saxlanılıb.

“Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, fiziki və hüquqi şəxslərə məxsus nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanları Baş Dövlət Yol Polisi İdarəsində və onun regional qeydiyyat-imtahan və texniki baxış şöbələrində verilir” – DİN-in yaydığı açıqlamada bildirilib.

Son xəbərlər

Orphus sistemi