Azərbaycanda arı sancmasından ölüm hadisəsi baş verib

Azərbaycanda arı sancmasından ölüm hadisəsi baş verib Zərərçəkmişə sağ yuxarı ətrafın başlayan fleqmonası diaqnozu qoyulub
Hadisə
1 Noyabr , 2017 05:22
Azərbaycanda arı sancmasından ölüm hadisəsi baş verib

Bakı. 1 noyabr. REPORT.AZ/ Bakıda arı sancmasından ölüm hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Sabunçu rayonunun Zabrat qəsəbəsində qeydə alınıb.

1993-cü il təvəllüdlü İmanlı Cavid Telman oğlunu arı sancıb. O, 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Zərərçəkmişə sağ yuxarı ətrafın başlayan fleqmonası diaqnozu qoyulub. Lakin həkimlərin səylərinə baxmayaraq, C.İmanlı xəstəxananın Reanimasiya şöbəsində dünyasını dəyişib.

Ölümün dəqiq səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi