Azərbaycanda 4 nəfər dəm qazından zəhərlənib

Azərbaycanda 4 nəfər dəm qazından zəhərlənib Sumqayıt şəhər sakini Səadət Balayeva, Zaqatala rayon sakini Könül Qudiyeva evlərində dəm qazından boğulublar
Hadisə
1 Dekabr , 2014 13:17
Azərbaycanda 4 nəfər dəm qazından zəhərlənib
Bakı. 1 dekabr. REPORT.AZ/ Azərbaycanda 4 nəfər dəm qazından zəhərlənib. “Report” DİN-in rəsmi saytına istinadən xəbər verir ki, onlardan iki nəfəri ölüb, daha iki nəfəri xəstəxanaya yerləşdirilib.

Belə ki, Sumqayıt şəhər sakini Səadət Balayeva, Zaqatala rayon sakini Könül Qudiyeva evlərində dəm qazından boğulublar.

Həmçinin, Xəzər rayonunun Buzovna qəsəbəsində Hədiməxatun Səfərova və onun bacısı Səma yaşadıqları evdə dəm qazından zəhərlənib və xəstəxanaya yerləşdiriliblər.

Son xəbərlər

Orphus sistemi