Yuxarı

Azərbaycanda 2-ci qrup əlil kollektora düşüb

Vəziyyətinin orta ağır olduğu bildirilir

Bakı. 28 sentyabr. REPORT. AZ / Salyanda 35 yaşlı 2-ci qrup əlil yol gedərkən kollektora düşüb. "Report" xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Qızılağac kəndində qeydə alınıb. Belə ki, həmin kəndin sakini, 1980-ci il təvəllüdlü Bəhruz Əsədov kollektorun yanından keçərkən müvazinətini itirərək suya düşüb. B.Əsədovun boğulduğunu görən ətrafdakı adamlar onun həyatını xilas edib və Salyan rayon mərkəzi xəstəxanasına çatdırıblar. Xəstə ilk tibbi yardım aldıqdan sonra reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi