Azərbaycana qanunsuz yolla dərman gətirilməsinin qarşısı alınıb

Azərbaycana qanunsuz yolla dərman gətirilməsinin qarşısı alınıb Bakı. 27 sentyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, Qırmızı Körpü gömrük postunda Gürcüstandan idarə etdiyi avtomobillə gələn Azərbaycan vətəndaşı saxlanılıb və gömrük baxışı keçirilib.
Hadisə
27 Sentyabr , 2018 15:54
Azərbaycana qanunsuz yolla dərman gətirilməsinin qarşısı alınıb
0 : 00
0 : 00

Bakı. 27 sentyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi avtomobillə gələn Azərbaycan vətəndaşı saxlanılıb və gömrük baxışı keçirilib.

“Report” DGK-ya istinadən xəbər verir ki, baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib.

Lakin yoxlama nəticəsində, avtomobilin sağ və sol yan "qanadları"nın içində - hər birində 5 ədəd olmaqla 44 konvalyut "Cortair", hər birində 10 ədəd olmaqla 29 konvalyut "Hydrea", hər brində 10 ədəd olmaqla 71 konvalyut "Aris", hər birində 10 ədəd olmaqla 30 konvalyut "Anti-asidoz", hər birində 10 ədəd olmaqla 8 konvalyut "Novartis Glavus Met", hər birində 7 ədəd olmaqla 41 konvalyut "Janumet", hər birində 30 kapsula olmaqla 7 qutu "Spiriva", hər birində 14 ədəd olmaqla 4 qutu "Augmentin" və hər birində 20 ədəd olmaqla 3 qutu "Prendol" markalı dərman vasitələri aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi