Azərbaycan vətəndaşının şəxsi əşyalarının arasında dəyənək aşkar edilib

Azərbaycan vətəndaşının şəxsi əşyalarının arasında dəyənək aşkar edilib Faktla bağlı araşdırma aparılır
Hadisə
16 May , 2017 10:47
Azərbaycan vətəndaşının şəxsi əşyalarının arasında dəyənək aşkar edilib

Bakı. 16 may. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları mülki dövriyyəsi qadağan edilən soyuq silahın ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.

"Report" DGK-ya istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında İstanbul-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşına məxsus baqaj rentgen aparatından keçirilərkən monitorda dəyənəyə oxşar predmetin təsviri görünüb. Həmin baqaja təkrar yoxlama nəticəsində, vətəndaşa məxsus çantanın içərisindəki şəxsi əşyaların arasında 1 ədəd qara rəngli metaldan hazırlanmış dəyənək aşkar olunub.

Xatırladaq ki, vurucu-əzici xassəyə malik və təyinatı üzrə istifadəyə yararlı belə dəyənəklər, habelə kəsici-deşici, istifadəsi insan sağlamlığına ciddi təhlükə törədən və mülki dövriyyəsi qadağan edilən digər vasitələr soyuq silah hesab olunur.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi