Azərbaycan Universitetinin tələbəsi piyada keçidində yıxılaraq ağır xəsarət alıb

Azərbaycan Universitetinin tələbəsi piyada keçidində yıxılaraq ağır xəsarət alıb Hadisə Şəmsi Bədəlbəyli küçəsindəki keçiddə qeydə alınıb
Hadisə
1 Noyabr , 2016 15:27
Azərbaycan Universitetinin tələbəsi piyada keçidində yıxılaraq ağır xəsarət alıb

Bakı. 1 noyabr. REPORT.AZ/ Bakıda universitet tələbəsi yeraltı piyada keçidində yıxılaraq ağır xəsarət alıb.

"Report"un xəbərinə görə, hadisə Yasamal rayonunda baş verib.

Belə ki, Azərbaycan Universitetinin üçüncü kurs tələbəsi 19 yaşlı Əhmədova Şəbnəm Telman qızı dərsdən evə gedən zaman Şəmsi Bədəlbəyli küçəsindəki yeraltı piyada keçidindən istifadə edib. O, yağışlı hava şəraiti olduğundan pilləkənlərdən sürüşərək yıxılıb.

Nəticədə Ş.Əhmədova kəllə-beyin travması və bədən xəsarətləri alıb. Xəstəxanaya yerləşdirilən Ş.Əhmədovanın vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi