Azərbaycan məhkəməsi axtarışda olan terrorçunun Türkiyəyə ekstradisiyası barədə qərar çıxarıb

Azərbaycan məhkəməsi axtarışda olan terrorçunun Türkiyəyə ekstradisiyası barədə qərar çıxarıb Bakı. 7 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Türkiyə vətəndaşı 1990-cı il təvəllüdlü Duman Özgür Seyfəttin oğlunun öz ölkəsinə ekstradisiya edilməsi ilə bağlı Azərbaycan Ədliyyə Nazirliyinin verdiyi təqdimat üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
7 Mart , 2019 14:16
Azərbaycan məhkəməsi axtarışda olan terrorçunun Türkiyəyə ekstradisiyası barədə qərar çıxarıb

Bakı. 7 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Türkiyə vətəndaşı 1990-cı il təvəllüdlü Duman Özgür Seyfəttin oğlunun öz ölkəsinə ekstradisiya edilməsi ilə bağlı Azərbaycan Ədliyyə Nazirliyinin verdiyi təqdimat üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Türkiyə səfirliyinin, Ədliyyə Nazirliyinin məhkəmədə iştirak edən nümayəndələri və Ö.Dumanın özü də təqdimatın təmin olunmasını istəyir.

Qərara əsasən, təqdimat təmin edilib. Məhkəmə Ö.Dumanın Türkiyəyə ekstradisiya olunması barədə qərar çıxarıb.

Qeyd edək ki, Ö.Duman daha əvvəl Türkiyədə təhlükəli, partlayıcı maddələr satmaqda ittiham edilərək həbs edilib və 7 il 6 ay həbsdə qalıb. O, həbsxanadan çıxandan sonra yenidən eyni əməllər törətməkdə davam edib.

Türkiyə hüquq-mühafizə orqanları əməkdaşları Ö.Dumanın barəsində axtarış qərarı çıxaran zaman o, ölkəsindən Gürcüstana qaçıb. Bir müddət də orada qaldıqdan sonra Azərbaycana gəlib.

Daha sonra Türkiyə Ö.Dumanı beynəlxalq axtarışa verib.

Ö.Duman Azərbaycana gələn zaman Dövlət Miqrassiya Xidmətinə müraciət edib və özünü Suriya vətəndaşı kimi təqdim edib. Sənədlərini itirdiyini deyən Ö.Duman Türkiyəyə göndərilməsini istəyib. Lakin araşdırmalar zamanı onun yalan danışdığı üzə çıxıb və həbs edilib.

Məlumata görə, Ö.Duman terror təşkilatının üzvü olub, Türkiyədə bir neçə terror hadisələrində iştirak edib.

Son xəbərlər

Orphus sistemi