Azərbaycan Tbilisidə keçiriləcək beynəlxalq incəsənət sərgisində təmsil olunacaq

Azərbaycan Tbilisidə keçiriləcək beynəlxalq incəsənət sərgisində təmsil olunacaq Mayın 17-dən 19-dək Gürcüstan paytaxtında “Tbilisi İncəsənət Sərgisi” (“Tbilisi Art Fair”) keçiriləcək.
Hadisə
15 May , 2019 16:09
Azərbaycan Tbilisidə keçiriləcək beynəlxalq incəsənət sərgisində təmsil olunacaq

Mayın 17-dən 19-dək Gürcüstan paytaxtında “Tbilisi İncəsənət Sərgisi” (“Tbilisi Art Fair”) keçiriləcək.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, “Expo Georgia” sərgi mərkəzində baş tutacaq beynəlxalq tədbirdə dünyanın 16 ölkəsindən 33 qallereya və 38 rəssam iştirak edəcək.

İştirakçı ölkələr sırasında Gürcüstanla yanaşı, Azərbaycan, Fransa, İtaliya, Bolqarıstan, Serbiya, İsveçrə, Avstriya, Çin, ABŞ, Kuba, Belçika, Almaniya, İspaniya, Portuqaliya və Litva da yer alıb.

Sərgi iki pavilyonda təşkil olunacaq. Bir pavilyonda yerli və xarici ölkələrin qallereyaları sərgilənəcək, digərində isə iştirakçı rəssamlar üçün seminarlar keçiriləcək.

Beynəlxalq tədbirin təşkilinə Gürcüstan hökuməti və Tbilisi meriyası dəstək verib. 

Son xəbərlər

Orphus sistemi