Azərbaycan sərhədini qanusuz keçməyə cəhd edən Əfqanıstan vətəndaşlarına hökm oxunub

Azərbaycan sərhədini qanusuz keçməyə cəhd edən Əfqanıstan vətəndaşlarına hökm oxunub Taliban höküməti hakimiyyətə gəldikdən sonra ölkələrindən qaçıb Azərbaycana İrandan qanunsuz keçməyə cəhd edən Əfqanıstan vətəndaşları Haidari Ezatulla Abdulkasım və Seraj Helaluddin Serajeddinə hökm oxunub.
Hadisə
27 dekabr 2023 13:21
Azərbaycan sərhədini qanusuz keçməyə cəhd edən Əfqanıstan vətəndaşlarına hökm oxunub

Taliban hökuməti hakimiyyətə gəldikdən sonra ölkələrindən qaçıb Azərbaycana İrandan qanunsuz keçməyə cəhd edən Əfqanıstan vətəndaşları Haidari Ezatulla Abdulkasım və Seraj Helaluddin Serajeddinə hökm oxunub.

“Report” xəbər verir ki, Astara Rayon Məhkəməsində keçirilən iclasda onlar 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Onlar cəzalarını çəkdikdən sonra məcburi olaraq Azərbaycan ərazisindən çıxarılacaq.

İstintaq materiallarına əsasən, onlar sentyabrın 10-da gecə saatlarında “Lənkəran” sərhəd dəstəsinin Astara rayonunun Qapıçıməhəllə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini qanunsuz keçməyə çalışarkən saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxslərin dövlət sərhədini Azərbaycandan Avropa ölkələrinə getmək məqsədilə pozduqları müəyyən olunub.

Onlara qarşı Cinayət Məcəlləsinin 318.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən zor tətbiq etməklə Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi