"Azərbaycan" İES-də qəza nəticəsində yanğın baş verib

"Azərbaycan" İES-də qəza nəticəsində yanğın baş verib Stansiya ərazisinə giriş məhdudlaşdırılıb
Hadisə
2 iyul 2018 21:47
Azərbaycan İES-də qəza nəticəsində yanğın baş verib

Mingəçevir. 3 iyul. REPORT.AZ/ Mingəçevir şəhərində yerləşən "Azərbaycan" İES-nin yarımstansiyasında qəza nəticəsində yanğın baş verib.

"Report"un Şirvan bürosu xəbər verir ki, yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları və təcili tibbi yarım xidmətinin əməkdaşları cəlb olunub.

Məlumata görə, hadisə enerji bloklarından birində baş verib. Hazırda ölən və ya yaralananların olması barədə məlumat yoxdur.

Stansiya ərazisinə giriş məhdudlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi