Azərbaycan gömrükləri qadınlar üçün xəz kürkləri müsadirə edib

Azərbaycan gömrükləri qadınlar üçün xəz kürkləri müsadirə edib Bakı. 6 mart. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin (HNBGİ) əməkdaşları külli miqdarda malların gömrük sərhədindən düzgün bəyan etməməklə və gizlədərək keçirilməsinə cəhdin qarşısını alıblar.
Hadisə
6 Mart , 2018 12:54
Azərbaycan gömrükləri qadınlar üçün xəz kürkləri müsadirə edib
Customs.gov.az

Bakı. 6 mart. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin (HNBGİ) əməkdaşları külli miqdarda malların gömrük sərhədindən düzgün bəyan etməməklə və gizlədərək keçirilməsinə cəhdin qarşısını alıblar.

“Report” Komitəyə istinadən xəbər verir ki, İdarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında Çindən karqo ilə göndərilən brutto çəkisi 9935 kq olan geyim əşyaları nəzarətə götürülüb.

Rəsmiləşdirilən müvafiq gömrük bəyannaməsi ilə "şallar, şərflər, kaşnelər, mantilyalar, duvaqlar və analoji məmulatlar" adlı mal sərbəst dövriyyəyə buraxılış gömrük proseduru altında bəyan edilib. Həmin yük buraxılış mərhələsindən keçdikdən sonra gömrük əməkdaşları tərəfindən saxlanılıb və müvafiq qanunvericiliyə uyğun olaraq mallara Bakı Karqo Terminalında təkrar yoxlama keçirilib. Bu zaman bir ədəd bağlamada olan 80 qadın gödəkçəsindən 20 ədədinin içərisində xüsusi qaydada gizlədilmiş, gömrük orqanına düzgün bəyan edilməmiş 20 ədəd qadın xəz kürkləri aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi