Azərbaycan gömrükçüləri siqaret aşkar edib

Azərbaycan gömrükçüləri siqaret aşkar edib Faktla bağlı araşdırma aparılır
Hadisə
1 Dekabr , 2016 10:19
Azərbaycan gömrükçüləri siqaret aşkar edib

Bakı. 1 dekabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Bu barədə “Report”a DGK-dan bildirilib.

Məlumata görə, yoxlama zamanı avtomobildəki gizli saxlanc yerlərindən gömrük nəzarətindən gizlədilən 9 600 ədəd müxtəlif markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi