Azərbaycan gömrükçüləri qanunsuz mobil telefon keçirilməsinin qarşısını alıb

Azərbaycan gömrükçüləri qanunsuz mobil telefon keçirilməsinin qarşısını alıb Faktla bağlı araşdırma aparılır
Hadisə
16 Yanvar , 2017 12:17
Azərbaycan gömrükçüləri qanunsuz mobil telefon keçirilməsinin qarşısını alıb

Bakı. 16 yanvar. REPORT.AZ/ Rusiya istiqamətindən Dövlət Gömrük Komitəsinin (DGK) Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal zonasına daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib. Bu barədə “Report”a DGK-nın mətbuat xidmətindən məlumat verilib.

Yoxlama zamanı avtomobilin ön və arxa qapılarının içərisindən gömrük nəzarətindən gizlədilən 11 ədəd “Samsung Galaxy J1 mini” markalı telefonlar və 8 ədəd adapter aşkar edilib.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi