Azərbaycan gömrükçüləri ölkə vətəndaşının gödəkçəsindən boş giliz və güllə aşkar edib

Azərbaycan gömrükçüləri ölkə vətəndaşının gödəkçəsindən boş giliz və güllə aşkar edib Bakı. 20 noyabr. REPORT.AZ/ Gürcüstan istiqamətindən Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Mazımçay gömrük postunun idxal piyada keçidinə daxil olan Azərbaycan vətəndaşı saxlanılıb və gömrük baxışı keçirilib.
Hadisə
20 Noyabr , 2018 15:51
Azərbaycan gömrükçüləri ölkə vətəndaşının gödəkçəsindən boş giliz və güllə aşkar edib

Bakı. 20 noyabr. REPORT.AZ/ Gürcüstan istiqamətindən Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postunun idxal piyada keçidinə daxil olan Azərbaycan vətəndaşı saxlanılıb və gömrük baxışı keçirilib.

Komitədən “Report”a verilən məlumata görə, vətəndaşın gödəkçəsi rentgen aparatından keçirilərkən monitorda şübhəli predmetlərin təsviri görünüb. Sorğu-sual zamanı vətəndaş gödəkçəsinin cibində təsbeh olduğunu bildirib.

Yoxlama zamanı isə gödəkçənin sol üst cibindən üzərində "YVX 9P 16" yazısı olan üç ədəd boş giliz və bir ədəd üzərində "SB 14 9P" yazısı olan güllə aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi