Azərbaycan gömrükçüləri mobil telefonlar və onların aksesuarlarını müsadirə edib

Azərbaycan gömrükçüləri mobil telefonlar və onların aksesuarlarını müsadirə edib Faktla bağlı araşdırma aparılır
Hadisə
30 May , 2017 15:18
Azərbaycan gömrükçüləri mobil telefonlar və onların aksesuarlarını müsadirə edib
Customs.gov.az

Bakı. 30 may. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin "Sadıxlı" gömrük postunda Gürcüstandan Azərbaycana gələn ölkə vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.

“Report” DGK-ya istinadən xəbər verir ki, şifahi sorğu-sual zamanı vətəndaş idarə etdiyi minik avtomobilində gömrük nəzarətindən gizlədilmiş və ya mütləq bəyan olunası heç bir predmetin olmadığını bildirib.

Lakin gömrük baxışı nəticəsində, həmin nəqliyyat vasitəsinin salonunda arxa oturacaq ilə yük yeri arasındakı boşluqda 59 ədəd "Samsung J3 pro" markalı mobil telefon, ehtiyat təkərin içərisində isə 59 ədəd qidalandırıcı başlıq, 59 ədəd USB kabel, 59 ədəd həmin telefonlara məxsus qutu və 59 ədəd batareya aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi