Azərbaycan gömrükçüləri 4 800 ədəd siqaret aşkar edib

Azərbaycan gömrükçüləri 4 800 ədəd siqaret aşkar edib "Pirveli" markalı siqaretlər avtomobilin oturacaqlarının altından və içindən aşkar edilərək götürülüb
Hadisə
21 Aprel , 2017 12:12
Azərbaycan gömrükçüləri 4 800 ədəd siqaret aşkar edib

Bakı. 21 aprel. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "CM8 G2K" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. 

Bu barədə “Report”a DGK-dan məlumat verilib.

Məlumata görə, yoxlama zamanı avtomobilin salonundan, oturacaqlarının altından və içindən gömrük nəzarətindən gizlədilən 4800 ədəd "Pirveli" markalı siqaretlər aşkar edilərək götürülüb.

Son xəbərlər

Orphus sistemi