Azərbaycan Dəmir Yollarının işçilərini elektrik cərəyanı vurub, ölən və yaralanan var - YENİLƏNİB-2

Azərbaycan Dəmir Yollarının işçilərini elektrik cərəyanı vurub, ölən və yaralanan var - YENİLƏNİB-2 Goranboy. 18 dekabr. REPORT.AZ/ Azərbaycan Dəmir Yolları QSC-nin işçilərini elektrik cərəyanı vurub.
Hadisə
18 Dekabr , 2018 13:32
Azərbaycan Dəmir Yollarının işçilərini elektrik cərəyanı vurub, ölən və yaralanan var - YENİLƏNİB-2
0 : 00
0 : 00

Goranboy. 18 dekabr. REPORT.AZ/ Azərbaycan Dəmir Yolları QSC-nin işçilərini elektrik cərəyanı vurub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Goranboy rayonunun "Goran Stansiyası" ərazisində baş verib. 

Belə ki, həmin ərazidən keçən dəmiryolu xəttindəki elektrik xətlərində təmir işləri aparan, Yevlax rayon sakinləri - 1958-ci il təvəllüdlü Fikrət Əlibaba oğlu İsgəndərov və 1985-ci il təvəllüdlü Rauf Məmmədovu ehiyatsızlıqdan elektrik cərəyanı vurub. 

Hər iki şəxs xəstəxanaya çatdırılıb. F.İsgəndərov yerləşdirildiyi xəstəxanada ölüb, R.Məmmədovun isə vəziyyəti ağır olaraq qalır. 


*** 13:08

Goranboy. 18 dekabr. REPORT.AZ/ Goranboy rayonunda elektrik cərəyanı vuran 2 nəfərdən 1-i ölüb.

"Report"un Qərb bürosunun məlumatına görə, Goranboy Rayon Mərkəzi Xəstəxanasına elektrik cərəyanı vurması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan iki nəfər gətirilib. Həkimlərin səyinə baxmayaraq onlardan biri xəstəxanada ölüb. Digər yaralının da vəziyyəti ağır olaraq qalır. 

Meyit muayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Goranboy rayon şöbəsinə yerləşdirilib. 


*** 12:37

Goranboy. 18 dekabr. REPORT.AZ/ Goranboy rayonunda 2 nəfəri elektrik cərəyanı vurub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Goran stansiyası ərazisində qeydə alınıb. 

Hər iki şəxs hazırda xəstəxanaya yerləşdirilib. Onların kimlikləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi