Azərbaycan BOKT-u istiqrazlarının emissiya prospektinə dəyişiklik edib

Azərbaycan BOKT-u istiqrazlarının emissiya prospektinə dəyişiklik edib “Merkuri” MMC bank olmayan kredit təşkilatı (BOKT) dövlət qeydiyyat nömrəsi AZ2001019754, hər birinin nominal dəyəri 500 manat olan 3 min ədəd faizli, təmin edilməmiş istiqrazlarının illik faiz dərəcəsini 15%-dən 19%-ə qaldırıb.
Hadisə
24 İyun , 2019 18:32
Azərbaycan BOKT-u istiqrazlarının emissiya prospektinə dəyişiklik edib

“Merkuri” MMC bank olmayan kredit təşkilatı (BOKT) dövlət qeydiyyat nömrəsi AZ2001019754, hər birinin nominal dəyəri 500 manat olan 3 min ədəd faizli, təmin edilməmiş istiqrazlarının illik faiz dərəcəsini 15%-dən 19%-ə qaldırıb.

“Report” bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının Məlumatların Elektron Açıqlanması Sisteminə istinadən xəbər verir. 

Məlumata görə, bununla yanaşı, qiymətli kağızlar üzrə faizlərin rüblük deyil, aylıq ödənilməsinə qərar verilib. 

Xatırladaq ki, "Merkuri" MMC 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 823 min manatdır. BOKT-un təsisçiləri hər biri 50% payla Səbuhi Məmmədsani oğlu Əzizov və Təranə Qəzənfər qızı Məmmədovadır.

Son xəbərlər

Orphus sistemi