Azad edilmiş ərazilərdə prokurorluq orqanları avtomobillərlə təchiz edilib, inzibati binaları təmir olunub

Azad edilmiş ərazilərdə prokurorluq orqanları avtomobillərlə təchiz edilib, inzibati binaları təmir olunub İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən prokurorluq orqanları nəqliyyat vasitələri ilə təchiz edilib, Şuşa, Xocavənd, Zəngilan, Kəlbəcər və Qubadlı rayon prokurorluqlarının fəaliyyəti üçün ayrılmış inzibati binalarda təmir işləri aparılıb.
Hadisə
29 Sentyabr , 2022 10:03
Azad edilmiş ərazilərdə prokurorluq orqanları avtomobillərlə təchiz edilib, inzibati binaları təmir olunub

İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən prokurorluq orqanları nəqliyyat vasitələri ilə təchiz edilib, Şuşa, Xocavənd, Zəngilan, Kəlbəcər və Qubadlı rayon prokurorluqlarının fəaliyyəti üçün ayrılmış inzibati binalarda təmir işləri aparılıb.

"Report" xəbər verir ki, bunu Baş prokurorun müavini, III dərəcəli ədliyyə müşaviri Heydər Məmmədov mediaya verdiyi müsahibəsində bildirib.

"İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən prokurorluq orqanlarının maddi-texniki təminatı ilə bağlı onu deyə bilərəm ki, Prezidentin 2021-ci il 1 aprel tarixli “İşğaldan azad edilmiş ərazilərdə yeni hərbi prokurorluqların yaradılması haqqında” Sərəncamına əsasən yaradılmış Kəlbəcər və Qubadlı Hərbi prokurorluqlarının inzibati binalarında təmir işləri aparılıb, binalar müasir qurğu, avadanlıq, informasiya-kommunikasiya xətləri, mebel və kompüter avadanlıqları, eləcə də nəqliyyat vasitələri ilə təchiz edilib.

Bundan başqa, Şuşa, Xocavənd, Zəngilan, Kəlbəcər və Qubadlı rayon prokurorluqlarının fəaliyyəti üçün ayrılmış inzibati binalarda təmir işləri aparılıb, ən müasir kompüter, mebel və digər avadanlıqlar, həmçinin avtomobillərlə təchiz olunub", - Baş prokurorun müavini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi