Azərbaycanda avtobus aşması nəticəsində 3 nəfər ölüb
Hadisə
- 13 oktyabr, 2014
- 05:42
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 13 oktyabr. REPORT.AZ/ Azərbaycanın Biləsuvar rayonu, Bakı-Astara yolunun 91-ci kilometrliyində sərnişin avtobusu idarəetməni itirərək yol kənarına aşıb.
“Report”un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub. Məlum olub ki, avtobusda olan 33 nəfər sərnişindən 3 nəfəri aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib. 10 nəfər sərnişin isə müxtəlif bədən xəsarətləri alıblar. Meyitlər və xəsarət alanlar yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif alət və avadanlıqlardan istifadə olunmaqla avtobusdan çıxarılaraq aidiyyəti üzrə təhvil veriliblər.
Son xəbərlər
17:11
AMB: Xüsusi məqsədli biznes kreditlərinə fərqli yanaşma olacaq
Maliyyə
17:03
Foto
Ceyhun Bayramovla Maka Boçorişvili arasında təkbətək görüş başlayıb
Xarici siyasət
17:03
AMB faktorinq və aktiv əsaslı maliyyələşdirmə üzrə yeni mexanizmlər hazırlayır
Maliyyə
17:02
Azərbaycan Biləsuvar-Astara yolunun maliyyələşdirilməsi üçün Dünya Bankına müraciət edib
Maliyyə
17:02
"Borussiya" Seru Qirassi ilə müqavilənin müddətini uzatmaq istəyir
Futbol
16:58
Azərbaycan və Gürcüstan arasında dini sahədə əməkdaşlıq müzakirə olunub
Din
16:57
Qətərin davam edən vasitəçilik missiyası – Tehranın qəbul etmədiyi çıxış yolu
Analitika
16:57
IFC: Azərbaycanda faktorinq sektorunun ÜDM-də payı 1 %-dən azdır
Maliyyə
16:55
Sabahdan havanın temperaturu 5 dərəcə enəcək, külək güclənəcək - Xəbərdarlıq - Yenilənib
Ekologiya