Yuxarı

​Aytac Babayevanı öldürən şəxs apellyasiya şikayəti verib

İlkin baxış iclası dekabrın 29-na təyin edilib

Bakı. 26 dekabr. REPORT.AZ/ Bakıda Aytac Babayevanı öldürməkdə təqsirləndirilən Gürcüstan vətəndaşı İzzət Hüseynovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

"Report"un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək ilkin baxış iclası dekabrın 29-na təyin edilib.

İşə hakim Əmir Bayramovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, bu il aprel ayının 29-da Nizami rayonunun Bəhruz Nuriyev küçəsində İzzət Hüseynov sevdiyi qızı - 1998-ci il təvəllüdlü, 58 saylı orta məktəbin 11-ci sinif şagirdi olan Aytac Babayevanı qətlə yetirib. Hadisə sevgililər arasında yaranan şəxsi münasibətlər zəminində baş verib. İ.Hüseynov 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunub.

Noyabr ayının 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə İ.Hüseynov 20 il müddətinə azadlıqdan məhrum edilib. A.Babayevanın anası isə ona ömürlük həbs cəzası verilməsini istəyib. Qərardan narazı qalan İ.Hüseynovun müdafiəçisi Adəm Məmmədov apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi