Avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar

Avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar Bakı. 5 noyabr. REPORT.AZ/ Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində paytaxt ərazisində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.
Hadisə
5 Noyabr , 2018 11:57
Avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar
0 : 00
0 : 00

Bakı. 5 noyabr. REPORT.AZ/ Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində paytaxt ərazisində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

Bu barədə “Report”a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Yasamal Rayon Polis İdarəsi (RPİ) 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 2 “VAZ-2106” və 1 “Daewoo” markalı avtomlobillərdən akkumulyator və 210 manat pul oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Sadiq Yusubov saxlanılıb.

Binəqədi RPİ 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində “Audi”, “Hyundai” və “Dong-Feng” markalı 3 avtomobildən pul, maqnitofon və sənəd oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Rövşən Novruzov saxlanılıb.

Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə 4 avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər və Ucar rayon sakinləri olan 4 nəfər saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi