Avtomobildə aksiz markası olmayan 700 qutudan çox tütün məmulatı aşkarlanıb

Avtomobildə aksiz markası olmayan 700 qutudan çox tütün məmulatı aşkarlanıb Bakı. 27 sentyabr. REPORT.AZ/ Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin (BBGİ) Əməliyyat şöbəsinə “Chevrolet Aveo” markalı avtomobildə aksiz markası olmayan siqaretlərin daşınmasına dair məlumat daxil olub.
Hadisə
27 Oktyabr , 2018 11:41
Avtomobildə  aksiz markası olmayan 700 qutudan çox tütün məmulatı aşkarlanıb

Bakı. 27 sentyabr. REPORT.AZ/ Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin (BBGİ) Əməliyyat şöbəsinə “Chevrolet Aveo” markalı avtomobildə aksiz markası olmayan siqaretlərin daşınmasına dair məlumat daxil olub.

"Report" bu barədə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə istinadən xəbər verir. 

Məlumat əsasında BBGİ-nin əməkdaşları Bakı şəhəri “Nizami” metrostansiyası yaxınlığında dayanmış avtomobilə yaxınlaşaraq nəqliyyat vasitəsinin yük yerinə vizual baxış keçiriblər. Baxış zamanı avtomobilin yük yerində sellofan paketlərin içərisində aksiz markası olmayan siqaretlər müəyyən edilib. Daha sonra nəqliyyat vasitəsinə ətraflı gömrük baxışı keçirilməsi üçün BBGİ-nin inzibati binasına gətirilib.

Hal şahidlərinin də iştirakı ilə keçirilən baxış zamanı avtomobilin yük yerindən üzərində aksiz markası olmayan, qara sellofan paketə bükülmüş “Esse Spesial Gold” yazılmış 400 qutu siqaret, üzərində “Captain black” yazılmış 269 qutu siqar, üzərində “Skandinavik 50g” yazılmış 10 qutu qəlyan tütünü, üzərində “Holland house” yazılmış 15 qutu qəlyan tütünü və üzərində “Milano-London” yazılmış 10 qutu siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi