Ata Abdullayevin şikayəti təmin edilmədi

Ata Abdullayevin şikayəti təmin edilmədi Bakı Apelyasiya Məhkəməsində özünü videobloger kimi təqdim edən Ata Abdullayevin barəsində həbs qətimkan tədbiri ilə bağlı qərardan verilən şikayətə baxılıb
Hadisə
17 Mart , 2021 11:46
Ata Abdullayevin şikayəti təmin edilmədi
Ata Abdullayev

Bakı Apelyasiya Məhkəməsində özünü videobloger kimi təqdim edən Ata Abdullayevin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qərardan verilən şikayətə baxılıb.

“Report” xəbər verir ki, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə şikayət təmin edilməyib və Səbail Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılan Ata Abdullayev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Mediada onun hədə-qorxu ilə tələb etmədə şübhəli bilinərək saxlanıldığı barədə məlumatlar yayılıb.

Son xəbərlər

Orphus sistemi