Astarada yol qəzası olub, biri nəqliyyat işçisi olmaqla üç nəfər xəsarət alıb

Astarada yol qəzası olub, biri nəqliyyat işçisi olmaqla üç nəfər xəsarət alıb Faktla bağlı araşdırma aparılır
Hadisə
3 May , 2018 16:10
Astarada yol qəzası olub, biri nəqliyyat işçisi olmaqla üç nəfər xəsarət alıb
Report

Astara. 3 may. REPORT.AZ/ Astara rayonunda yol qəzası baş verib.

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, Ələt-Astara magistralının Çayoba kəndindən keçən hissəsində "VAZ 2107" markalı avtomobil "Tofaş" markalı avtomaşınla toqquşub.

Nəticədə üç nəfər xəsarət alıb. Bunlar 1991-ci il təvəllüdlü Astara rayon sakini Qənbərov Emin Baloğlan oğlu, Biləsuvar rayon sakinləri - 1990-cı il təvəllüdlü Orucov Muxtar Yusif oğlu və 1989-cu il təvəllüdlü Abbasov Elmar İmamverdi oğludur. Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Yaralılardan biri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin (DANX) əməkdaşıdır.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi