Astarada top və minaatan mərmiləri tapılıb

Astarada top və minaatan mərmiləri tapılıb Bakı. 21 dekabr. REPORT.AZ/ Astara rayonunda top və minaatan mərmiləri tapılıb. 
Hadisə
21 Dekabr , 2017 13:21
Astarada top və minaatan mərmiləri tapılıb

Bakı. 21 dekabr. REPORT.AZ/ Astara rayonunda top və minaatan mərmiləri tapılıb. 

Bu barədə "Report"a Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) məlumat verilib. 

"Dekabrın 20-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Astara rayonu, Ərçivan kəndi ərazisində mərminin tapılması barədə məlumat daxil olub. Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri tərəfindən həmin kənddə keçmiş hərbi hissə ərazisinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 2 ədəd partlamamış hərbi sursat (1 ədəd 122 mm-lik top mərmisi (OF-56-1) və 1 ədəd 120 mm-lik minaatan mərmisi (U-OF-43)) aşkar edilmiş, havanın qaranlıq olması ilə əlaqədar olaraq aşkar olunmuş mərmilər dekabrın 21-də zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Aşkar olunmuş mərmilərin ətrafında 1 200 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib", - Agentliyin məlumatında bildirilib.

Son xəbərlər

Orphus sistemi