​Astarada maşın ağaca çırpılıb, 3 nəfər yaralanıb - FOTO

​Astarada maşın ağaca çırpılıb, 3 nəfər yaralanıb - FOTO Onlardan ikisinin vəziyyəti daha ağırdır
Hadisə
14 May , 2016 01:33
​Astarada maşın ağaca çırpılıb, 3 nəfər yaralanıb - FOTO

Bakı. 14 may. REPORT.AZ/ Astara rayonunun Siyakü kəndində "Lada Priora" markalı avtomobil qəzaya uğrayıb.

"Report" xəbər verir ki, hadisə nəticəsində 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan 1990-cı il təvəllüdlü Siyakü kənd sakini Muradov Akif Hikmət oğlu və 1986-cı il təvəllüdlü Vaqo kənd sakini Muradov Orxan Akif oğlunun vəziyyəti daha ağır qiymətləndirilir.

1992-ci il təvəllüdlü Səmədullazadə Məhəmməd Murad oğlunun vəziyyəti orta ağırdır. Ona daxili orqanlarının əzilməsi diaqnozu qoyularaq ambulator yardım göstərilib. İlkin məlumata görə, nəqliyyat vasitəsi ağaca çırpılıb.

Son xəbərlər

Orphus sistemi