Astarada İrandan güclü təsiredici dərman preparatları gətirərək satan qadın həbs edilib

Astarada İrandan güclü təsiredici dərman preparatları gətirərək satan qadın həbs edilib Bakı. 6 iyun. REPORT.AZ/ Astara rayon sakinindən 10 min ədəd güclü təsiredici dərman preparatları götürülüb.
Hadisə
6 İyun , 2018 13:25
Astarada İrandan güclü təsiredici dərman preparatları gətirərək satan qadın həbs edilib
0 : 00
0 : 00

Bakı. 6 iyun. REPORT.AZ/ Astara rayon sakinindən 10 min ədəd güclü təsiredici dərman preparatları götürülüb.

"Report"un Cənub bürosunun məlumatına görə, Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə Azərbaycan Respublikasının müvafiq qanunu ilə təsdiq edilmiş "Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı"na daxil olan tramadol adlı dərman preparatlarının satışı ilə məşğul olan Rəna Həsənova saxlanılıb. 

Eyni zamanda davam edən tədbirlərlə Astara rayonu ərazisində ayrı-ayrı şəxslərə dərman preparatlarının satışı ilə məşğul olduğu müəyyənləşib. Onun yaşadığı evdən 160 ədəd güclü təsir edən tramadol tərkibli dərman preparatı aşkar edilərək götürülüb. 

Bundan başqa, saxlanılan şəxsin İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə gətirilmiş 9098 ədəd güclü təsir edən dərman preparatlarını satış məqsədi ilə əldə edərək fərdi yaşayış evinin həyətindəki tikilidə saxladığı müəyyənləşib. 

R.Həsənova barəsində Astara Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. 

Son xəbərlər

Orphus sistemi