Astarada baş verən ağır qəzanın görüntüləri yayılıb - FOTO

Astarada baş verən ağır qəzanın görüntüləri yayılıb - FOTO Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
18 Yanvar , 2017 16:45
Astarada baş verən ağır qəzanın görüntüləri yayılıb - FOTO

Astara. 18 yanvar. REPORT.AZ/ Astara rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb.

"Report" rayonun Kijəbə qəsəbəsində bir nəfərin ölümü, dörd nəfərin isə yaralanması ilə nəticələnən yol qəzasının görüntülərini təqdim edir.

Xatırladaq ki, "VAZ-21011" markalı avtomobil yoldan çıxaraq beton maneəyə çırpılıb.

Hadisə nəticəsində bir nəfər - 1988-ci il təvəllüdlü Yusif Mirəli oğlu Məmmədov ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib. Xəstəxanada əməliyyat olunan Y.Məmmədov orada ölüb.

Hadisə zamanı xəsarət alan 2014-cü il təvəllüdlü Afət Eldost qızı İbrahimli Astara Rayon Mərkəzi Xəstəxanasında (RMX) kliniki ölüm keçirsə də həkimlərin səyi nəticəsində sağ qalıb. O, sonradan Lənkəran RMX-nın Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır olaraq qalır.

Digər yaralılar - 1990-cı il təvəllüdlü Bəylər Amid oğlu İbrahimov, 1992-ci il təvəllüdlü Eldost Amid oğlu İbrahimov, 1992-ci il təvəllüdlü Nahidə Tahir qızı Sultanova Astara RMX-a yerləşdirilib, vəziyyətləri orta-ağırdır.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi