Astarada avtoxuliqanlıq edən şəxs tutulub

Astarada avtoxuliqanlıq edən şəxs tutulub Toplanmış materiallar baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilib
Hadisə
9 Aprel , 2021 15:36
Astarada avtoxuliqanlıq edən şəxs tutulub
R.Fərziyev

Astara rayonunda avtoxuliqanlıq edən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan "Report"a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi (DYP) Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq piyadalara və digər yol hərəkəti iştirakçılarına ciddi təhlükə yaradan sürücü saxlanılıb.

Belə ki, Astara sakini R.Fərziyev idarə etdiyi “VAZ-21063” markalı avtomobillə axşam saatlarında rayon ərazisində avtoxuliqanlıq hərəkətləri edərkən dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

İntizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan R.Fərziyev barəsində toplanmış materiallar baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilib.

Son xəbərlər

Orphus sistemi