Astarada 33 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb

Hadisə
  • 14 avqust, 2017
  • 08:43
Astarada 33 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb

Astara. 14 avqust. REPORT.AZ/ Astara rayonunda 33 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.

"Report"un Cənub bürosunun məlumatına görə, hadisə rayonun Siyətük kəndində baş verib. 

Belə ki, 1984-cü il təvəllüdlü Fərmail İsrafil oğlu İmaməliyev həyətdə su nasosunu işə salmaq istəyərkən elektriklə ehtiyatsız davranıb. O, ağır vəziyyətdə Astara Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib. 

Faktla bağlı araşdırma aparılır.