Astara. 6 sentyabr. REPORT.AZ/ Astara rayonunda özünü meşə massivində asaraq intihar edən 14 yaşlı qızın adı məlum olub.
"Report"un yerli bürosu xəbər verir ki, rayonun Təngərüd kənd sakini Aysu Əhmədovanın meyiti meşə ərazisində ağacdan asılmış vəziyyətdə aşkar edilib.
Onun intihar etdiyi bildirilir. Hadisənin təfərrüatı hələlik məlum deyil.
Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.
Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.
***23:47Astara. 6 sentyabr. REPORT.AZ/ Astara rayonunda yeniyetmə qız intihar edib.
"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Təngərüd kəndi ərazisində baş verib.Belə ki, hələlik adı məlum olmayan yeniyetmə qızın meyiti yaşadığı əraziyə yaxın meşə massivində ağacdan asılmış vəziyyətdə aşkar edilib.
Əraziya hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.