Azərbaycan Respublikasının Prezidenti
"Report"un Mil-Muğan bürosu xəbərt verir ki, qəbuldan əvvəl Xidmət rəisi, general-leytenant Arzu Rəhimov və Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov Ümummilli Lider
Qəbul zamanı hər bir vətəndaşın müraciət və təklifi diqqətlə dinlənilib.
Elə həmin gün Xidmət rəisinin müavini, general-mayor Mayıl Şahverdiyev Şirvanda Hacıqabul, Kürdəmir və Şirvan rayonlarından olan vətəndaşları qəbul edib.
Xidmət rəhbərliyinin keçirdiyi qəbullarda 22 vətəndaşın müraciəti dinlənilib. Vətəndaşların müraciətləri əsasən həqiqi hərbi xidmətə və ya işə qəbul, övladlarının xidmət yerinin müəyyənləşdirilməsi, eləcə də digər məsələlər ilə bağlı olub.
Bölgə sakinlərinin yerlərdə qəbulu və müraciətlərinə baxılması üçün daha rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.


