Arzu Rəhimov Qaxda vətəndaşları qəbul edib

Arzu Rəhimov Qaxda vətəndaşları qəbul edib Qax. 21 sentyabr. REPORT.AZ/ Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov Qax rayonunda vətəndaşları qəbul edib.
Hadisə
21 Sentyabr , 2018 17:35
Arzu Rəhimov Qaxda vətəndaşları qəbul edib
Report
0 : 00
0 : 00

Qax. 21 sentyabr. REPORT.AZ/ Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov Qax rayonunda vətəndaşları qəbul edib.

"Report"un Şimal-qərb bürosu xəbər verir ki, qəbulda Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarının 30-dan artıq sakini iştirak edib.

Vətəndaşların müraciətləri daha çox Xidmətin aidiyyəti şöbələrində işə və ya həqiqi hərbi xidmətə qəbul, övladlarının gələcək xidmət yerinin mü­əy­yən­ləş­dirilməsi, veteran adının və vəsiqəsinin verilməsi, eləcə də övladlarının təkrar tibbi müayinəyə cəlb olunaraq həqiqi hərbi xidmətə göndərilməsinə dair olub. Qəbul zamanı irəli sürülən bəzi məsələlər yerindəcə həllini tapıb, qanunvericiliyin tələbləri vətəndaşlara izah edilib. Araş­dı­rıl­ması tələb olunan müra­ci­ət­lər nəzarətə götürülüb və müvafiq araşdırmalardan sonra cavablandırılacağı bildirilib.

Vətəndaşların Xidmətin fəaliyyət istiqamətinə aid olmayan məsələlərlə bağlı müraciətləri müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Son xəbərlər

Orphus sistemi