Arzu Rəhimov Masallıda vətəndaşları qəbul edib - FOTO

Arzu Rəhimov Masallıda vətəndaşları qəbul edib - FOTO Masallı. 15 oktyabr. REPORT.AZ/ Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov Masallı rayonunda vətəndaşları qəbul edib.
Hadisə
15 Noyabr , 2018 15:17
Arzu Rəhimov Masallıda vətəndaşları qəbul edib - FOTO

Masallı. 15 oktyabr. REPORT.AZ/ Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov Masallı rayonunda vətəndaşları qəbul edib.

"Report"un Cənub bürosu xəbər verir ki, qəbulda Masallı, Cəlilabad və Biləsuvar rayonlarının 30-dan artıq sakini iştirak edib.

Vətəndaşların müraciətləri daha çox Xidmətin aidiyyəti şöbələrində işə və ya həqiqi hərbi xidmətə qəbul, övladlarının gələcək xidmət yerinin mü­əy­yən­ləş­dirilməsi, veteran adının və vəsiqəsinin verilməsi, eləcə də övladlarının təkrar tibbi müayinəyə cəlb olunaraq həqiqi hərbi xidmətə göndərilməsinə dair olub. Qəbul zamanı irəli sürülən bəzi məsələlər yerindəcə həllini tapıb, qanunvericiliyin tələbləri vətəndaşlara izah edilib. Araş­dı­rıl­ması tələb olunan müra­ci­ət­lər nəzarətə götürülüb və müvafiq araşdırmalardan sonra cavablandırılacağı bildirilib.

Vətəndaşların Xidmətin fəaliyyət istiqamətinə aid olmayan məsələlərlə bağlı müraciətləri müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Son xəbərlər

Orphus sistemi