​Arvadının sifətini doğrayan şəxsin məhkəməsi başlayıb

​Arvadının sifətini doğrayan şəxsin məhkəməsi başlayıb Məhkəmənin növbəti iclası noyabrın 13-nə təyin edilib
Hadisə
10 Noyabr , 2015 14:01
​Arvadının sifətini doğrayan şəxsin məhkəməsi başlayıb

Bakı. 10 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurma və oğurluq etməkdə təqsirləndirilən Zaur Paşayevin məhkəməsinin hazırlıq iclası başlayıb.

“Report”un xəbərinə görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası noyabrın 13-nə təyin edilib.

Qeyd edək ki, əvvəllər məhkumluq həyatı yaşayan Z.Paşayev oğurluqda təqsirləndirildiyi üçün axtarışda olub. O, münaqişə zəminində həyat yoldaşının sifətini doğrayıb. Z.Paşayev Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma) və 177-ci (oğurluq) maddələri ilə ittiham olunur. 

Son xəbərlər

Orphus sistemi