Yuxarı

Arvadının boğazını kəsən ər: "Başqa şəxslərlə görüşdüyünü öyrəndim"

​Arvadının boğazını kəsən ər: "Başqa şəxslərlə görüşdüyünü bildim"

Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qısqanclıq zəminində qətlə yetirən Tufan Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Report"un xəbərinə görə, hakim Cavid Hüseynovun sədrlik etdiyi iclasda dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama görə, Tufan Qurbanov arvadının başqa şəxslə münasibətinin olduğunu iddia edərək onu qətlə yetirib.

T.Qurbanov elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O qeyd edib ki, arvadını başqa şəxslərlə görüşdüyünü öyrənib və buna görə də onu qətlə yetirib: "Məhəllədə biabır olmuşdum".

Prosesdə qətlə yetirilən Lalə Qurbanovanın anası, zərərçəkmişin hüquqi varisi kimi tanınan Səmimə İsmayılova ifadə verərək qızının haqqında deyilənlərin yalan olduğunu bildirib. O deyib ki, qızı illərlə əri tərəfindən döyülərək işgəncə görüb və boşanmaq istədiyi üçün öldürülüb.

Tufan Qurbanovun anası Xeyransə Qurbanova 6 ildir ki, gəlini ilə danışmayıb: "Qapılarımız da ayrı idi. Nəsə qəbahəti olub ki, öldürülüb. Hadisə olan gün oğlum mənə dedi ki, namusumu yudum".

O qeyd edib ki, hadisədən sonra gəlinin başqa şəxslə münasibəti olması haqqında söhbətlər eşidib.

Proses davam edəcək.

Qeyd edək ki, hadisə 2019-cu il fevralın 11-də baş verib. Bakının Binəqədi rayonu, İsfahanlı küçəsindəki şəxsi mənzillərdən birində 40 yaşlı Qurbanova Lalə Həsən qızı xüsusi amansızlıqla qətlə yetirilib.

Araşdırma zamanı məlum olub ki, onu əri Tufan Qurbanov mətbəx bıçağı ilə 18 zərbə vuraraq qətlə yetirib. Daha sonra isə boğazını kəsib. O, istintaqa verdiyi ifadəsində törətdiyi cinayəti etiraf edib. Bildirib ki, qətli qısqancliq zəminində törədib. Tufan Qurbanovun ifadəsinə görə, həyat yoldaşının başqa şəxslərlə münasibətinin olduğundan şübhələnib və əsəblərinə hakim ola bilməyərək onu öldürmək qərarına gəlib. O, evdə arvadına çoxsaylı bıçaq zərbələri endirib və onun öldüyünə əmin olmaq üçün boğazını kəsib.

Onların birgə nikahdan 3 övladı var.

T.Qurbanova Cinayət Məcəlləsinin 120.2.11-ci (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi