Arvadını döyən Cəlilabad sakininin evindən qumbara tapılıb

Arvadını döyən Cəlilabad sakininin evindən qumbara tapılıb Fakt üzrə araşdırmalar davam etdirilir
Hadisə
21 Sentyabr , 2017 11:57
Arvadını döyən Cəlilabad sakininin evindən qumbara tapılıb

Bakı. 21 sentyabr. REPORT.AZ/ Cəlilabadda evə baxış zamanı 1 ədəd “T-N-1” markalı qumbara aşkar edilərək götürülüb. 

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Belə ki, ötən gün Cəlilabad rayonunun Göytəpə şəhər sakini olan bir qadın Polis Bölməsinə müraciət edərək həmin gün əri Fərhad Cəfərov tərəfindən onun və qızının döyülməsini, habelə qumbara ilə hədələnməsini bildirib.

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən F.Cəfərovun evinə baxış zamanı oradan 1 ədəd “T-N-1” markalı qumbara aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi