Arvadını anlaqsız vəziyyətdə öldürməyə cəhddə təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilib

Arvadını anlaqsız vəziyyətdə öldürməyə cəhddə təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilib Bakı. 19 dekabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını öldürməyə cəhd etməkdə təqsirləndirilən İlqar Aslanovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
19 Dekabr , 2018 17:36
Arvadını anlaqsız vəziyyətdə öldürməyə cəhddə təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilib
0 : 00
0 : 00

Bakı. 19 dekabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını öldürməyə cəhd etməkdə təqsirləndirilən İlqar Aslanovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslə bağlı qərar çıxarılıb.

Qərara əsasən, anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilib.

İttiham aktına əsasən, İ.Aslanov həyat yoldaşı Nübar Aslanovanı mübahisə zəminində bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan A.Əhmədov barəsində Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsədən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

İstintaq orqanı İ.Aslanovun hadisəni anlaqsız vəziyyətdə törətdiyi qənaətinə gəlib. 

Son xəbərlər

Orphus sistemi