Araz çayında boğulan gəncin cəsədi sudan çıxarılıb

Araz çayında boğulan gəncin cəsədi sudan çıxarılıb Onun cəsədi batdığı yerdən təxminən 100 metr aralıda FHN-in xilasediciləri tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib
Hadisə
26 İyun , 2017 12:11
Araz çayında boğulan gəncin cəsədi sudan çıxarılıb

İmişli. 26 iyun. REPORT.AZ/ Araz çayının İmişli rayonundan keçən hissəsində boğulan gəncin cəsədi sudan çıxarılıb.

“Report”un Aran bürosu xəbər verir ki, İmişli şəhər sakini, 17 yaşlı Bəhruz Qəzənfər oğlu Mahmudovun cəsədi batdığı yerdən təxminən 100 metr aralıda Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, Bəhruz Məmmədov ötən gün günorta saatlarında Araz çayı üzərindəki körpünün yaxınlığında çimərkən suda boğulub.

Son xəbərlər

Orphus sistemi