Yuxarı

Aptekə basqın edən keçmiş məhkumun şikayəti təmin edilməyib

Aptekə basqın edən keçmiş məhkumun şikayəti təmin edilməyib

Bakı Apellyasiya Məhkəməsində aptekə basqın edib qadını hədələyən Fuad Zeynallının barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

"Report"un məlumatına görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, F.Zeynallının apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, hadisə ötən il iyulun 22-də saat 23 radələrində Nəsimi rayonu ərazisindəki apteklərin birində baş verib. Əvvəllər məhkum edilmiş F.Zeynallı satıcı qadını bıçaqla hədələyərək kassa aparatından 900 manat pul aparıb.

O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi