Bakıda aptekə basqın edib qadını hədələyən keçmiş məhkuma hökm oxunub

Bakıda aptekə basqın edib qadını hədələyən keçmiş məhkuma hökm oxunub Bakı. 21 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinə aptekə basqın edib, qadını hədələyən Fuad Zeynallının cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
21 Yanvar , 2019 12:01
Bakıda aptekə basqın edib qadını hədələyən keçmiş məhkuma hökm oxunub

Bakı. 21 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinə aptekə basqın edib, qadını hədələyən Fuad Zeynallının cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il iyulun 22-də saat 23 radələrində Nəsimi rayonu ərazisindəki apteklərin birində naməlum şəxsin satıcını bıçaqla hədələyərək kassa aparatından 900 manat pul aparması barədə DİN-in "102 - Zəng Mərkəzi" Xidmətinə müraciət daxil olub.

Məlumatla əlaqədar Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 19-cu Polis Şöbəsinin (PB) əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun Gədəbəy rayon sakini, əvvəllər məhkum olunmuş F.Zeynallı olduğu müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi