Yuxarı

​ANS-in MTRŞ-ya qarşı iddiası üzrə apellyasiya şikayətinə baxılıb

İddia qismən təmin edilib

Bakı. 5 noyabr. REPORT.AZ/ Bu gün Bakı Apellyasiya Məhkəməsində "ANS Yayım və Media Şirkəti"nin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı qaldırdığı iddia üzrə apellyasiya şikayətinə baxılıb. "Report"un məlumatına görə, hakim Nurəddin Mustafayevin sədrliyi ilə keçirilən prosesdə iddia qismən təmin edilib. 

Birinci instansiya məhkəməsinin çıxardığı qərar ləğv edilib. 

Qeyd edək ki, "ANS Yayım və Media Şirkəti" MTRŞ-nı məhkəməyə verib. 1 saylı İnzibati-İqtisadi Məhkəməyə müraciət edən televiziya kanalı qərarın ləğv edilməsi ilə bağlı tələb irəli sürüb. Məhkəmə qərarı təmin etməyib. Qərarla razılaşmayan ANS apellyasiya şikayəti verib. 

Xatırladaq ki, MTRŞ bir müddət əvvəl "ANS" televiziyasının efirində yayımlanan "Salam, Azərbaycan" proqramında vətəndaşların Azərbaycan Konstitusiyası ilə müəyyənləşdirilmiş hüquq və azadlıqlarına hörmətlə yanaşılmadığını, insanların şərəf və layəqətinin alçaldılmasına, işgüzar nüfuzunun ləkələnməsinə, birtərəfliyə yol verildiyini, sponsorluqla bağlı qanunvericiliyin tələblərinin pozulduğunu nəzərə alaraq, ANS televiziyasının efirində yayımlanan "Salam, Azərbaycan" proqramının yayımının 6 oktyabr 2015-ci il tarixdən etibarən 10 (on) gün müddətinə dayandırılması barədə qərar qəbul etmişdi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi