Almaniyada azərbaycanlıya görə deportasiya təxirə salınıb 

Almaniyada azərbaycanlıya görə deportasiya təxirə salınıb  Ötən gün Almaniyadan əcnəbilərin növbəti deportasiyası baş tutmayıb
Hadisə
612
9 Mart , 2021 12:37
Almaniyada azərbaycanlıya görə deportasiya təxirə salınıb 

Ötən gün Almaniyadan əcnəbilərin növbəti deportasiyası baş tutmayıb.

“Report”un Avropa bürosunun məlumatına görə, Münhen şəhər hava limanına gətirilən Rusiya, Gürcüstan, Qazaxıstan və Ermənistan vətəndaşları Münhen-Kiyev səfərini həyata keçirəcək təyyarəyə mindiriliblər. Bu zaman milliyətcə azərbaycanlı, 34 yaşlı Rusiya vətəndaşı olan kişinin halı qəfil pisləşib. Təyyarəyə təcili yardım əməkdaşları dəvət edilib. Onlar azərbaycanlı kişinin xəstəxanaya aparılmasına qərar veriblər. Səbəb isə onun qarın nahiyəsindəki kəskin ağrılardan şikayət etməsi olub. Bundan sonra uçuş qeyri-müəyyən vaxta təxirə salınıb. Deportasiya ediləcək şəxslər polis və miqrasiya xidmətinin əməkdaşlarının müşayiəti ilə hava limanının yaxınlığında yerləşən yataqxanaya aparılıblar.

Məlumat üçün qeyd edək ki, ötən il Almaniya qaçqın statusu istəyən Azərbaycan vətəndaşlarının 95%-nə mənfi cavab verib. Həmin il qaçqın statusu üçün bu ölkəyə müraciət edən 1 301 Azərbaycan vətəndaşının işinə baxılıb. Müraciət edənlərdən yalnız 68 nəfərə qaçqın və müvafiq qoruma statusları verilib.

Son xəbərlər

Orphus sistemi