Almaniyada azərbaycanlı qətlə yetirilib
Hadisə
- 05 iyul, 2021
- 04:50
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Almaniyada Azərbaycan Respublikasının vətəndaşı qətlə yetirilib.
“Report”un Avropa bürosunun məlumatına görə, hadisə ölkənin Şimali Reyn Vestfaliya əyalətinn Qreven şəhərində qeydə alınıb. Elmir Fərzəliyev adlı Azərbaycan vətəndaşı yaşadığı yataqxanada ölü tapılıb.
Hadisə yerinə gələn polis əməkdaşları Azərbaycan vətəndaşının qətlə yetirilməsindən şübhələniblər.
Qreven şəhərində yaşayan azərbaycanlıların verdiyi məlumata görə, E.Fərzəliyevlə Əfqanıstan vətəndaşı arasında mübahisə yaranıb. Mübahisə davaya çevrilib və Əfqanıstan vətəndaşı E.Fərzəliyevi bıçaqlayıb. Davaya müdaxilə etmək istəyən daha bir şəxs də xəsarət alıb.
Faktı Qreven şəhər Polis Təşkilatı araşdırır.
Son xəbərlər
19:39
DGK qeyri-iş günlərində malların rəsmiləşdirilməsini təmin edəcək
Biznes
19:33
Zelenski və Koşta Ukraynanın Avropaya inteqrasiyasının sürətləndirilməsini müzakirə ediblər
Digər ölkələr
19:28
Fransanın kommunist deputatları Melanşonun prezidentliyə namizədliyini dəstəkləyiblər
Digər ölkələr
19:25
Sabah Ağdaşın bəzi ərazilərində qaz olmayacaq
Energetika
19:23
"DH Volley" komandası CEV Çelenc Kubokunda 1/16 final mərhələsinə yüksəlib
Komanda
19:15
Almaniya Ukraynanın bərpasına daha 100 milyon avro ayırmaq niyyətindədir
Digər ölkələr
19:08
İsrail və Almaniya 2027-ci il üçün enerji sahəsində əməkdaşlıq proqramı imzalayıb
Energetika
18:59
Foto
Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
Fərdi
18:52
Foto
Müşfiqabadda Ekologiya və Təbii Sərvətlər və Gənclər və İdman nazirlikləri ağacəkmə aksiyası keçirib
Ekologiya