Ali Məhkəmə həmyerlisini qətlə yetirən şəxsin şikayətini təmin etməyib

Ali Məhkəmə həmyerlisini qətlə yetirən şəxsin şikayətini təmin etməyib Ali Məhkəmədə qətl törətməkdə təqsirləndirilən Zaur Manafovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Hadisə
25 Aprel , 2019 11:49
Ali Məhkəmə həmyerlisini qətlə yetirən şəxsin şikayətini təmin etməyib
Report

Ali Məhkəmədə qətl törətməkdə təqsirləndirilən Zaur Manafovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

“Report”un xəbərinə görə, hakim İmran Hacıqayıbovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən, Z.Manafovun kassasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, cinayət hadisəsi 2015-ci il iyulun 31-dən avqustun 1-nə keçən gecə Binəqədi qəsəbəsində qeydə alınıb. Qəsəbə sakinləri - Sərxan Mahmudov və Z.Manafov münaqişə zəminində bir-birinə bıçaqla xəsarət yetiriblər. Nəticədə xəstəxanaya yerləşdirilən yaralılardan S.Mahmudov orada dünyasını dəyişib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Z.Manafov 17 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi apellyasiya şikayətini təmin etməyib.

Son xəbərlər

Orphus sistemi